“Araz-Naxçıvan”ın qapıçısı Moldova millisinə çağırılıb
21.05.2025 - 15:22

Misli Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.
Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qolkiper iyunun 6-da Polşa ilə yoldaşlıq, 9-da isə DÇ-2026-nın qrup mərhələsində İtaliya ilə rəsmi oyun üçün baş məşqçi Sergey Klesçenkonun açıqladığı siyahıda yer alıb.
Qeyd edək ki, Avram 2023-cü ildən “Araz-Naxçıvan”da çıxış edir.
0
0