“Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyro Azərbaycan Premyer Liqasında yarışan klubların maraq dairəsindədir.
Braziliyalının bu mövsümkü performansı bir çox klubun diqqətini çəkib.
Apasport.az saytına verilən məlumata görə, Ribeyro böyük ehtimalla yeni mövsümdə komandada qalacaq. Belə ki, “Araz-Naxçıvan”ın aparıcı üzvünə çevrilmiş braziliyalı ilə müqavilə müddətini bir illik artırılması ehtimalı yüksəkdir.
Klub özü də ona bir illik müqavilə təklif edib. Onunla yayda 1+1 illik müqavilə imzalanıb. Ribeyronun müqavilə müddətinin artırılacağı gözlənilir.
İqor “Qama”, “Bandeyrante”, “Seylandiya”(hamısı Braziliya), “Takuari”(Paraqvay) klublarında oynadıqdan sonra 2023-cü il avqustun 3-də “Araz-Naxçıvan”a keçmişdi.