Argentina millisinin sabiq futbolçusundan azərbaycanlı müğənniyə MESAJ - FOTO
07.12.2022 - 17:52
Argentina millisinin sabiq futbolçusundan azərbaycanlı müğənniyə MESAJ - FOTO

Azərbaycanlı bəstəkar və müğənni Murad Arif Argentina millisinin keçmiş üzvü Klaudio Kanica ilə instaqramdakı yazışmasını paylaşıb.

Apasport.az “sportal”a istinadən xəbər verir ki, 41 yaşlı müğənni argentinalıya onun fanatı olduğunu yazıb. 

Tanınmış futbol adamı isə ona təşəkkürünü bildirib. Murad Arif instaqram hesabında paylaşım edərək bunları yazıb:

"Bu, yəqin ki, yuxudur! Uşaqlıq qəhrəmanım, əfsanəvi Klaudio Kanica mesajımı gördü və cavab verdi. Dieqo Maradona ilə bərabər vurduqları qolları yenidən xatırladım. İndi sanki yenidən 10 yaşım var. Xoşbəxtəm!".

Qeyd edək ki, 55 yaşlı futbol veteranı karyerası ərzində “River Pleyt”, “Verona”, “Atalanta”, “Roma”, "Benfika”, “Boka Xuniors”, “Reyncers”, “Qətər”, “Uembli” klublarında oynayıb. Bununla yanaşı, 1987-2002-ci illərdə Argentina millisinin şərəfini qoruyub.
 

0