“Aris”in futbolçusu: “Neftçi” ilə meydanda işi bitirmək qalır”
13.07.2022 - 09:50
“Aris”in futbolçusu: “Neftçi” ilə meydanda işi bitirmək qalır”

“Çətin bir neçə həftə oldu. “Neftçi” ilə ilk oyun üçün düzgün istiqamətdəyik. Həmin vacib matça hazırıq. Ümid edirəm ki, nəticə müsbət olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Kiprin “Aris” klubunun yeni transferi Mixlali Mayambela deyib.

Cənubi afrikalı hücumçu Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəkləri matça hazır olduqlarını bildirib: “Neftçi” ilə ilk duelə tam hazırıq. Fikrimcə, istər futbolçu, istərsə də məşqçi heyəti üçün bu, ən vacib amildir. İndi yalnız meydançaya çıxmaq və işi bitirmək qalır. “Aris”ə keçməyimdə məqsəd də həm avrokuboklarda, həm də daxili çempionatda uğurlu mövsüm keçirmək istəyidir. Ötən ildən daha yaxşı olacağına ümid edirəm”.

Qeyd edək ki, “Neftçi” ilə “Aris” arasında ilk oyun iyulun 21-də Larnakadakı “AEK Arena”da keçiriləcək. Cavab görüşü isə bir həftə sonra “Bakcell Arena”da baş tutacaq.
 

0