“Aris”in kapitanı: “Əsas məqsədimiz qələbə qazanmaq olacaq”
27.07.2022 - 20:43
“Aris”in kapitanı: “Əsas məqsədimiz qələbə qazanmaq olacaq”

“Sabah bizim üçün çox çətin olacaq. Çünki “Neftçi” öz meydanında oynayacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Kiprin “Aris” klubunun kapitanı Delmiro Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

34 yaşlı müdafiəçi ilk matçda evdəki 2:0 hesablı qələbəyə baxmayaraq, cavab matçına da ciddi hazırlaşdıqlarını bildirib: “Səfərdə çıxış etməyimizə baxmayaraq, sabahkı görüşdə də əsas məqsədimiz qələbə qazanmaq olacaq. Bunun üçün çalışacağıq. Özümüzü normal hiss edirik. Tam dolu stadionda da oynamaq lazımdır. Düzdür, bir az həyəcan var. Amma komandadakı ab-hava çox yaxşıdır. Biz sabahkı oyuna hazırıq”.

O bildirib ki, Kiprdəki 2:0 hesablı qələbə komandada arxayınlığa yol açmayacaq: “Birinci oyunun hesabının bizə üstünlük verdiyini düşünmürəm. Mənim üçün ilk görüşün nəticəsi 0:0-dır. Ona görə də sabah qələbə qazanmağa çalışacağıq”.

0