"Arsenal" ÇL matçında 2 vacib oyunçusundan məhrum olacaq
07.04.2026 - 09:54
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Arsenal” Portuqaliya səfərində "Sportinq"in qonağı olacaq.
Apasport.az xəbər verir ki," topçular"ın 2 futbolçusu Bukayo Saka və Yurrien Timber zədələr səbəbindən vacib görüşü buraxacaqlar.
Bu barədə London klubunun baş məşqçisi Mikel Arteta açıqlama verib.
Arteta hər iki futbolçunun cavab matçına hazır olacağına ümid etdiyini vurğulayıb.
Xatırladaq ki, oyunun start fiti Bakı vaxtilə saat 23:00-da veriləcək.
0
0