Azərbaycan Tennis və Padel Federasiyası (ATPF) İspaniyanın Madrid şəhərində keçirilən Beynəlxalq Padel Federasiyasının (FIP) 36-cı Baş Assambleyasında iştirak edib.
Apasport.az xəbər verir ki, tədbirdə ATPF-ni federasiyanın mətbuat katibi Fərid Sabirli təmsil edib.
Baş Assambleyada padelin dünyada inkişafı, 2026-cı il üzrə hesabat və gələcək strateji istiqamətlər müzakirə olunub. Üzv federasiyalar padelin gələcəyinin formalaşdırılması naminə birliklərini və ortaq öhdəliklərini bir daha təsdiqləyiblər.
FIP-in 35 illik yubileyi münasibətilə qurucu federasiyaların nümayəndələri tərəfindən simvolik təsis sənədi imzalanıb. Daha 15 milli federasiyanın üzvlüyə qəbulu ilə FIP-in üzvlərinin sayı 115-ə çatıb.
Tədbirdə “World Padel Report 2026” hesabatının ilkin təqdimatı keçirilib, “FIP World League” və “Para Padel” adlı yeni strateji təşəbbüslər elan olunub.
İspaniya Olimpiya Komitəsinin prezidenti Alejandro Blanco padelin Olimpiya perspektivini vurğulayaraq bildirib: “Olimpiya hərəkatının gələcəyini padelsiz təsəvvür edə bilmirəm”.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub