AVRO-2024-ün yekun səbətləri – Azərbaycanla Türkiyə 4-də
28.09.2022 - 09:30
AVRO-2024-ün yekun səbətləri – Azərbaycanla Türkiyə 4-də

AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimində komandaların yer alacağı səbətlər dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, 4-cü “10-luq”da qərarlaşan Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb.

Əvəzində UEFA Millətlər Liqasının son iki günündəki matçların ardından iki yerdəyişmə baş tutub. İkinci səbətdə qərarlaşması gözlənilən Norveç 3-cü “onluğ”a düşübsə, orada yer alan Finlandiya isə ikinci səbətə yüksəlib. Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Slovakiya yığması AVRO-2024-ün seçmə mərhələsində 4-cü yox, 5-ci səbətdə olacaq. 4-cü səbətdə onu Bolqarıstan əvəzləyib.

1-ci səbət: Niderland, Portuqaliya, Macarıstan, Xorvatiya, Belçika, Danimarka, İspaniya, İtaliya, Polşa, İsveçrə;
2-ci səbət: Çexiya, Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya, Serbiya, Finlandiya;
3-cü səbət: Ukrayna, Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro, İslandiya, Albaniya, Norveç;
4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya, Kosovo, Bolqarıstan;
5-ci səbət: Kipr, Slovakiya, Şimali İrlandiya, Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova;
6-cı səbət: Andorra, Lixtenşteyn, San Marino.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi oktyabrın 9-da Frankfurtda olacaq. Qitə birinciliyinin final mərhələsi Almaniyada baş tutacaq.

1
DİGƏR XƏBƏRLƏR
Loading...