Avropa çempionu "Milan"da oynayacaq
15.07.2024 - 19:21
İspaniya yığmasının kapitanı Alvaro Morata yaxın vaxtlarda "Milan"la müqavilə bağlayacaq.
Apasport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Atletiko"nun 31 yaşlı futbolçusunun 13 milyon avro qarşılığında "Milan"a keçəcəyi yazılıb. Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Qadisiya" oyunçuya sərfəli təklif göndərsə də, o, bundan imtina edib.
Qeyd edək ki, Alvaro Morata AVRO-2024-də İspaniya yığmasının kapitanı kimi kuboku başı üzərinə qaldırıb.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0