Avropa Liqasında “Qarabağ”dan REKORD
16.09.2022 - 14:31
Avropa Liqasında “Qarabağ”dan REKORD

“Qarabağ” Avropa Liqasında start rekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələrinin cari mövsümün ilk iki turunda göstərdiyi nəticə Azərbaycan klublarının bu turnirdəki ən yaxşı göstəricisidir.

İlk turda “Frayburq”a 1:2 hesabı ilə uduzub, ardınca Bakıda “Nant”ı 3 cavabsız qolla darmadağın edən Ağdam klubunun aktivində iki oyuna üç xal var. “Qarabağ” tarixində üçüncü dəfə Avropa Liqasına belə başlayır.

Lakin 2015/19 mövsümündə mənfi, 2021/22 mövsümündə bərabər saldoya malik ağdamlılar bu dəfə top fərqində müsbətə imza atıb. Bu da Avropa Liqasının qrupu üçün ən yaxşı nəticədir.

Azərbaycan ümumilikdə 10-cu dəfə bu turnirin əsas raundunda mübarizə aparır. 1 dəfə “Neftçi”, 2 dəfə “Qəbələ”nin qatıldığı qrupda “Qarabağ” 7-ci dəfə çıxış edir. Xal sayında rekordunu təkrarlayan və ən yaxşı top fərqinə malik olan Qurbanovun komandası rəqib qapılarına 4 dəfə yol tapıb. Bu da üç il əvvəlki rekordun təkrarıdır.

Qeyd edək ki, ötən mövsüm “Qarabağ” qrup mərhələsinin ilk iki oyununda 4 xal toplayıb. Amma həmin vaxt təmsilçimiz Avropa Liqası deyil, Konfrans Liqasında qüvvəsini sınayıb.

Azərbaycan klubları Avropa Liqasının startdakı iki turunda:

2022/23

Qarabağ

1

0

1

4-2

3

2019/20

Qarabağ

1

0

1

4-4

3

2015/16

Qarabağ

1

0

1

2-3

3

2015/16

Qəbələ

0

1

1

1-2

1

2012/13

Neftçi

0

1

1

1-3

1

2014/15

Qarabağ

0

1

1

0-2

1

2016/17

Qarabağ

0

1

1

3-7

1

2016/17

Qəbələ

0

0

2

3-6

0

2020/21

Qarabağ

0

0

2

1-4

0

2018/19

Qarabağ

0

0

2

0-5

0

2