Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Aysun Əliyeva apasport.az saytına müsahibə verib. 26 yaşlı futbolçu Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəkləri oyunlar barədə danışıb.
- UEFA Millətlər Liqasının B Liqasına qrupdan lider çıxaraq yüksəldiniz. Səncə, B Liqasında da bu cür uğurlu nəticə qazana biləcəksiniz?
- İstəyimiz B liqasında oynamaq idi və bu gün ilk matçımıza çıxacağıq. Hər zaman olduğu kimi çətin oyun olacaq, amma inanıram ki, yaxşı nəticə qazana bilərik. B liqası bizim üçün çox yaxşı təcrübə olacaq. Bu qrupda maksimum xal almaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- Qadınlardan ibarət millinin bu uğurunu nə ilə əlaqələndirirsən?
- Bunu qızların ölkə xaricində legioner həyatı yaşaması ilə əlaqələndirmək olar. Ən əsası isə komanda olaraq birliyimiz hər oyunda özünü göstərir.
- Macarıstan və İsveçrəyə qarşı matçlardan gözləntiləriniz nələrdir?
- Hər iki rəqibin də bəlli səviyədə olduğunu bilirik. Buna baxmayaraq, 2 rəqibdən də ən az 1 xal almaq üçün mübarizə aparacağıq.
- B Liqasının I qrupunda hədəfləriniz nədir?
- Əsas istəyimiz B liqasında qalmaqdır. Bunun üçün də hədəfimiz bu oyunlarda yaxşı nəticələr qazanmaqdır.
- Bir müddət öncə ana olmuşdun. Məzuniyyətdən sonra komandaya adaptasiya dönəmi necə keçdi? Yenidən formanıza qayıda bildinizmi?
- Hələ tam olaraq əvvəlki formama qayıda bilməsəm də, indi hər şey daha yaxşıdır. Ümid edirəm, növbəti oyunlarda artıq əsas heyətdə yerimi almağa başlayacam.
Nərmin Vüqarqızı
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ