Ayxan Abbasov: “Futbolçularımın çıxışı məni sevindirdi”
14.09.2024 - 19:02
Ayxan Abbasov: “Futbolçularımın çıxışı məni sevindirdi”

Misli Premyer Liqasının VI turunun "Şamaxı" "Sumqayıt" matçından (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

"Həmişə milli fasilədən sonra oynamaq çətin olur. Sevindim ki, futbolçularım tonusdan düşməyib. Bu gün yaxşı mübarizə apardıq. Oyuna yaxşı başladıq. İlk yarıda ikinci qolu da vura bilərdik. Futbolçularımın çıxışı məni sevindirdi. Azarkeşlərimizə təşəkkür edirəm. Xallarımızın üstünə xal gəldi. Bundan sonra daha çətin olacaq. Növbəti matçlara hazırlaşmaq lazımdır".

- Belajdi Pusi 90 dəqiqə oynamağa hazır deyil?
- Hücumda ondan çox şey istəyirik. İrəlidə rəqibin müdfiəsini təzyiqdə saxlayır. Vurduğumuz qol da onun mübarizəsinin nəticəsində oldu. Sarı vərəqəsi olduğuna görə ehtiyat etdim. Həm də oyuna yeni nəfəs qatmaq istəyirdik. Belajdi çıxandan sonra 4-5 təhlükəli hücumumuz oldu. Taktiki dəyişiklik idi.

- Komandanız əks-hücumlara çox çıxır, amma sonluq çatmır. Bu, sizi düşünürür?
- Əsas odur ki, hücuma çıxırıq. "Araz-Naxçıvan"la oyunda bu istəyimiz alınmırdı. Amma "Neftçi" və "Zirə" ilə matçlarda yaxşı hücumlarımız olurdu. Rüfət Abbasov son ötürmələrdə daha soyuqqanlı olsaydı, ikinci qolu vura bilərdik. Gənc oyunçudur. Bu cür situasiyaları yaşamalıdır.

0