Ayyub Allaş Premyer Liqada qala bilər
27.05.2024 - 20:39

“Qəbələ”dən ayrılan Ayyub Allaş yeni mövsümə Azərbaycan Premyer Liqasında başlamağa yaxındır.
Apasport.az saytına verilən məlumata görə, əksər Premyer Liqa klubları belçikalı futbolçuya maraq göstərir.
Onlar arasında “Sabah”, “Zirə”, “Kəpəz” və “Səbail” klubları var. Hazırda bütün komandalar futbolçunu heyətinə qatmaqda israrlıdır.
Maliyyə məsələsi Allaşın yeni seçimində önəmli rol oynayacaq.
26 yaşlı futbolçu 2023-cü il fevralın 6-da "Virton"dan “Qəbələ”yə keçib. O, daha əvvəl “Lyers”, “Svope Park” klublarında da forma geyinib.
- "Neftçi" Bayılda 3 xalı qopartdı - YENİLƏNİB
- Millinin Haiti və Belarusla oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"
- "Zirə"nin legionerləri milli komandalarına dəvət alıblar
- “Şamaxı” onlarla da müqavilə müddətini uzadıb
0
0