Azər Bağırov: “Bütün "Kəpəz" camiəsini təbrik edirəm"
11.05.2025 - 21:06
Azər Bağırov: “Bütün "Kəpəz" camiəsini təbrik edirəm"

Misli Premyer Liqasının XXXIV turunun "Kəpəz" - "Sumqayıt" matçından (1:0) sonra ev sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"İnanıram ki, oyun hamının xoşuna gəldi. Maraqlı oyun oldu. Premyer Liqada qalmağı təmin etməyimizə baxmayaraq uşaqlar yaxşı mübarizə apardılar. Bütün "Kəpəz" camiəsini təbrik edirəm".

- Komanda Premyer Liqada qalmağı təmin etmişdi. Dünən həm də klubun yeni sponsoru açıqlandı. Bu amillərin komandanın motivasiyasına təsiri oldu?
- Hər ikisi ola bilər. Hər oyun futbolçunun həyatında yeni səhifədir. Bir amil də odur ki, üzərimizdə psixoloji basqı yox idi.

- Növbəti mövsümün planları cızılmağa başlayıb?
- Yaxın vaxtlarda bu sualların hamısına cavab verəcəyik.