Azərbaycan çempionatında 17 illik rekord təkrarlandı
22.08.2022 - 12:02
Azərbaycan çempionatında 17 illik rekord təkrarlandı

Misli Premyer Liqasının III turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.

Apasport.az saytı xəbər verir ki, “Sabah” – “Neftçi” oyununda bir komandanın qapısına üç penalti zərbəsi təyin olunub.

Meydan sahibləri bu üç imkandan ikisindən yararlana bilib. Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/06 mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb.

2005-ci il dekabrın 10-dakı görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.

0