Futzal üzrə Yüksək Liqada iştirak edəcək komandaların adları müəyyənləşib.
Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, 2022/23 mövsümündə 6 komanda mübarizə aparacaq.
Bunlar “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Record club.az”, “Alyans” (Lənkəran) və U-19-dur. Yarışa sentyabrın 26-da start veriləcək. Çempionat 4 dövrədən ibarət olacaq və yekunda pley-off mərhələsi keçiriləcək.
Bundan əlavə, avqustun 10-da yay transfer pəncərəsi açılacaq. Yüksək, Birinci və İkinci liqalarda iştirak edən komandalar oktyabrın 1-i, saat 18:00-dək transfer çalışmalarını davam etdirə və yeni oyunçuları qeydiyyatdan keçirə bilərlər.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ