Azərbaycan çempionunda yeni braziliyalı
18.07.2022 - 09:27
Azərbaycan çempionunda yeni braziliyalı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futzalçı ilə anlaşıb.

Apasport.az saytının məlumatına görə, futzal üzrə ölkə çempionu Varqas Amenqual Andreu ilə ortaq məxrəcə gəlib.

Ampluası hücumçu olan braziliyalı forvardın son klubu vətənində “Horizontina” olub. 25 yaşlı oyunçu ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə münasibətlərini rəsmiləşdirib. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev və Maneka ilə yeni anlaşma imzalanmayıb.
 

0