
Avrokuboklar tarixində ikinci dəfə Azərbaycan klubu “Böyük beşlik” təmsilçisinə qalib gəlib.
Apasport.az saytının məlumatına görə, bu dəfə də “qurban” Fransa komandası olub.
Avropa Liqasının qrupunda mübarizə aparan “Qarabağ” II turun Bakıdakı matçında “Nant”ı məğlub edib. Qurban Qurbanovun yetirmələri “sarı bülbüllər”i “oxumaq” məcburiyyətində qoyub – 3:0.
Bunadək Azərbaycan klubları yalnız bir dəfə “Böyük beşlik” komandası ilə “beşlik” oyun nümayiş etdirmişdi. 2016-cı ilin avqustunda “Qəbələ” Fransanın digər təmsilçisi “Lill”i yenib – 1:0. Bu dəfə Liqa1 təmsilçisinə daha ağır zərbə dəyib.
Qeyd edək ki, hələlik Almaniya, İngiltərə, İspaniya və İtaliya klubları üzərində qələbə əldə olunmayıb.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL