“Pekin-2022 Yay Olimpiya Oyunlarında ən çətini səhər 5-də yuxudan oyanmaq və saat 6-da məşq etmək idi”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev deyib.
Milliləşən legioner Rusiya mətbuatına müsahibəsində Pekin-2022 Qış Olimpiya Oyunlarında üzləşdiyi ən böyük çətinlikdən danışıb: “Qısa proqramda Moskva vaxtı ilə saat 5 və ya 6-da çıxış etdik. Əlbəttə ki, bu stressli vəziyyətdir. Çünki hər kəs həyəcanlanar. Bu üzdən yuxuya getmək də alınmırdı. Təşkilatçılıq möhtəşəm idi. Amma uyğunlaşmaq problem idi. Yorulmasaq da, həyəcan keçirirdik”.
Vladimir Pekin Olimpiadasında Azərbaycan millisinin bayraqdarı olmasından da danışıb: “Həqiqətən də necə də hisslər keçirdim. Sözlə ifadə olunası deyil. Həyəcanlı idi. Çünki nəzarət etmək lazım idi ki, bayraq gözəl dalğalansın. Yalnız bu barədə düşünürdüm. Mənə belə vəzifə verdilər ki, hər şeyin yaxşı olması üçün həyəcanlanırdım. Başımda yalnız bu bayraq idi, başqa heç nə yox idi”.
İdmançı gələcək hədəflərini də açıqlayıb: “Avropa çempionatında ilk “beşliy”ə, dünyada isə “onluğ”a düşmək. Qran-Pridə isə “üçlük”də yer almaq istərdim”.
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib