Azərbaycan - İsveç oyununun hakimləri bəlli olub
02.09.2024 - 12:46
Azərbaycan - İsveç oyununun hakimləri bəlli olub

Azərbaycan millisinin İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Millətlər Liqasının I turunun oyununun təyinatları müəyyənləşib.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Balaş Berkeyə Vencel Tot və Balaş Szert kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Csaba Pinter yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.

0