Azərbaycan kubokunda 1/4 final cütləri müəyyənləşdi
23.11.2022 - 18:50
Azərbaycan kubokunda 1/4 final cütləri müəyyənləşdi

Azərbaycan kubokunda 1/4 final mərhələsinin tam tərkibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 1/8 finalın bugünkü qarşılaşmalarından sonra daha üç komandanın təşkil etdiyi cüt dəqiqləşib.

“Mingəçevir”i iki cavabsız qolla keçən “Zirə” “Neftçi” ilə paytaxt derbisinə çıxacaq. “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Kəpəz” “Turan Tovuz”a rəqib olub. 

“Qaradağ Lökbatan”ı keçən “Sabah” “Səbail”lə qarşılaşacaq. Bu mərhələnin ilk görüşləri dekabrın 8-9-da, cavab matçları 19-20-də keçiriləcək.

Qeyd edək ki, 1/4 finalın “Qarabağ” – “Qəbələ” cütü dünən dəqiqləşib. 

Azərbaycan kuboku
1/4 final (8-9 və 19-20 dekabr)

“Qarabağ” – “Qəbələ”
“Səbail” – “Sabah”
“Zirə” – “Neftçi”
“Kəpəz” – “Turan Tovuz”
 

0