Azərbaycan Kubokunda I turun oyun cədvəli bəlli olub
23.09.2025 - 14:42
Azərbaycan Kubokunda I turun oyun cədvəli bəlli olub

Azərbaycan Kubokunun 2025/2026 mövsümündə I təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb.

Apasport.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının mətbuat xidməti açıqlayıb.

Qarşılaşmalar saat 14:00-da başlayacaq.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

9 oktyabr (cümə axşamı)

"Sheki City" – "Araz Saatlı"

"Rekord Arena"

"Qaradağ Lökbatan" – "Ağdaş"

Lökbatan OİK stadionu

"Dinamo" – "Kür-Araz"

Binə qəsəbə stadionu

"Ağstafa Gəncləri" – "Şirvan"

Ağstafa şəhər stadionu

10 oktyabr (cümə)

"Göygöl" – "Şəmkir"

Göygöl OİK stadionu

"Quba" – "Xankəndi"

Quba OİK stadionu