Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı açıqlandı
22.04.2024 - 14:38
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı bəlli olub.
Apasport.az xəbər verir ki, hər iki qarşılaşma aprelin 24-də baş tutacaq.
İlk olaraq “Qəbələ” və “Zirə” kollektivləri üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da start götürəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda isə “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu cütlüklər arasında baş tutan ilk oyunda “Qarabağ” “Neftçi”ni 4:0, “Zirə” isə “Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib
- Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
- Füzuli Məmmədov: “Komandamızda yüksəliş hiss olunur”
- Vernidub: “Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq”
- “Neftçi” Yevlaxdan 3 xalla qayıdır - YENİLƏNİB
- Azərbaycanlı hakimlər üçün VAR təlim-tədris proqramı keçirilir
0
0