
Futzal üzrə Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkü atılacaq.
Apasport.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
1/8 finalda 16 komanda - “Baku Fire”, “Neftçi”, “Araz-Naxçıvan”, “Şuşa”, U-19, “Yasamal Bakı”, PFL, “Baku Fire-2”, “STAR kargo”, “Yeni Suraxanı”, “Timsport”, “Metropoliten”, “Djevo Dəyirman”, “Xan-Lənkəran”, eləcə də dekabrın 26-da keçiriləcək ilkin mərhələnin “Çarşı Bakı” – “Delta” və “Ulduz” - “Dəstə Ordubad” görüşlərinin qalibləri iştirak edəcəklər.
1/8 və 1/4 final mərhələsinin oyunları yanvarda keçiriləcək. Hər mərhələ bir görüşdən ibarət olacaq.
Qeyd edək ki, püşkatma mərasimi dekabrın 27-də AFFA-nın inzibati binasında, saat 12:00-da başlayacaq.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”