Azərbaycan kubokunun püşkü atıldı
19.10.2022 - 15:25
Azərbaycan kubokunun püşkü atıldı

Azərbaycan kubokunda 2022/23 mövsümünün püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan tədbirdə yarış iştirakçılarının rəqibləri bəlli olub.

Yeni mövsümdə turnirdə 14 komanda mübarizə aparacaq. Ötən çempionatda ilk iki yeri tutan “Qarabağ”la “Neftçi” kuboka 1/4 finaldan başlayacaq.

Premyer Liqanın digər 8 komandası və I divizionun 4 təmsilçisi ilk raunddan – 1/8 finaldan mübarizəyə start verəcək. Bu mərhələnin matçları noyabrın 22-23-də baş tutacaq. 

Qeyd edək ki, final qarşılaşması gələn il iyulun 3-də baş tutacaq.
 
Azərbaycan kuboku
2022/23 mövsümü
1/8 final
(22-23 noyabr 2022-ci il)

1. “Qəbələ” – “Araz-Naxçıvan”
2. MOİK - “Səbail”
3. “Sabah” – “Qaradağ Lökbatan”
4. “Zirə” – “Mingəçevir”
5. “Turan Tovuz” - “Şamaxı”
6. “Sumqayıt” - “Kəpəz”

1/4 final
(8-9 və 19-20 dekabr 2022-ci il)

7. “Qarabağ” - 1-ci cütün qalibi
8. 2-ci cütün qalibi – 3-cü cütün qalibi
9. “Neftçi” - 4-cü cütün qalibi
10. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

1/2 final
(19 və 27 aprel)

11. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
12. 9-cu cütün qalibi – 10-cu cütün qalibi
 
Final
(3 iyun)

13. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

0