Azərbaycan millisi növbəti matçına çıxır
14.10.2026 - 11:37
23 yaşadək minifutbolçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, komanda Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşacaq.
Görüş Mali Loşin şəhərində baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Rumıniya ilə 3:3 hesablı heç-heçə edib, Çexiyaya isə 4:2 hesabı ilə qalib gəlib.
0
0