Futzal üzrə dünya çempionatının əsas mərhələsi start götürüb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi bu gün ilk oyununa çıxıb.
6-cı qrupda yer alan Joze Alesio da Silvanın yetirmələri Bakı İdman Sarayında Polşanı qəbul edib. Qonaqların hesabı açdığı matçda komandamız buna ardıcıl 3 topla cavab verib. Ancaq polşalılar ikinci hissədə status-kvonu bərpa edə biliblər. Buna baxmayaraq, özündə güc tapan millimiz qələbə qolunu vurmağa müvəffəq olub.
Qeyd edək ki, Azərbaycan yığması qrupda ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək.
DÇ-2024-ün əsas mərhələsi
6-cı qrup, 7 oktyabr
Azərbaycan – Polşa – 4:3
Qollar: Xətai Bağırov, 9:59, Rafael Vilela, 16:38, 23:08, Tyaqo Bolinha, 33:31 - Mateus Mroviç, 6:06, Sebastian Leszczak, 24:24, Kamil Surmiak, 26:39
Hakimlər: Aslan Qalayev, Talqat Kosmukhambetov, Turekhan Tursumbayev (hamısı Qazaxıstan)
Bakı İdman Sarayı
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib