Azərbaycan millisi tarixində MÜTLƏQ REKORD
16.11.2022 - 22:55
Azərbaycan millisi tarixində MÜTLƏQ REKORD

Azərbaycan millisi ardıcıl 4-cü qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, yığma tarixində yeni rekordla yadda qalıb.

Buna qədər ardıcıl qələbə sayında rekord 3 oyun olub ki, bunlar 1993 və 2009-2010-cu illərə təsadüf edib. 

Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstanı (3:0) üstələyən Canni de Byazinin yetirmələri bu dəfə yoldaşlıq görüşündə Moldovaya qalib gəlib (2:1). Bu isə milli tarixinin mütləq rekordudur.

Qeyd edək ki, Azərbaycan yığması sonuncu dəfə iyunun 10-da Millətlər Liqası çərçivəsində Slovakiya ilə ev matçında (0:1) uduzub.

0