Azərbaycan millisi Türkmənistanla qarşılaşacaq
09.08.2022 - 11:06
Azərbaycan millisi Türkmənistanla qarşılaşacaq

Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına yığışır.

Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək hazırlıq avqustun 20-dək Bakıda olacaq.

Bu müddətdə yığmamız 2 yoldaşlıq oyununda gücünü sınayacaq. Futzalçılarımız avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistanla qarşılaşacaq. Hər iki matç saat 18:00-da start götürəcək.

Baş məşqçi Joze Alesio da Silva hazırlıq prosesinə daha çox milliyə namizəd futzalçıları dəvət edib.

Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov (Araz-Naxçıvan), Zaur Sultanov (U-19);
Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı Neftçi İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə (Baku Fire).

0