Azərbaycan millisinin rəqibləri müəyyənləşdi – AVRO-2024-də
09.10.2022 - 14:42
AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az sayının məlumatına görə, Almaniyanın Frankfurt şəhərindəki tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.
Yığmamız seçmə mərhələnin 53 iştirakçısı sırasında yer alıb. 4-cü səbətdə qərarlaşan yığmamız F qrupuna düşüb. Canni de Byazinin yetirmələri Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.
Qeyd edək ki, 2023-cü ildə keçiriləcək seçmə mərhələdə qruplarda ilk iki yeri tutanlar AVRO-2024-ə vəsiqə qazanacaq.
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
- "Sabah"ın hücumçusu əməliyyat olunub
0
0