Azərbaycan millisinin sabiq futbolçuları məşqçi kursuna qatılıblar
13.08.2024 - 11:47
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilir.
Apasport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 15-dək davam edəcək məşğələlərə təlimatçılar Aslan Kərimov, Arif Əsədov və Osman Rəhimov rəhbərlik edirlər.
Kurslara Azərbaycan millisinin sabiq futbolçuları Asif Məmmədov, Maksim Medvedev və Ağabala Ramazanov da qatılıblar.
Qeyd edək ki, məşqçi kursunun II mərhələsi 9-12 sentyabr, III mərhələsi 30 sentyabr – 3 oktyabr, IV mərhələsi (imtahan həftəsi) 4-8 noyabr tarixlərində baş tutacaq.
- Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları bəlli olub
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
- “Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir
0
0