Azərbaycan yığması Pakistanla qarşılaşacaq
03.06.2026 - 14:47
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Pakistan yığması ilə yoxlama oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma iyunun 9-da, saat 17:30-da Qəbələ şəhər stadionunda təşkil olunacaq.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis Ruy Jorjenin rəhbərlik etdiyi U-20 millimiz iyunun 10-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.
0
0