Azərbaycanda "Barselona" klubunun akademiyası yaradılacaq
01.03.2025 - 14:49
Azərbaycanda "Barselona" klubunun akademiyası yaradılacaq

Azərbaycanda İspaniyanın "Barselona" klubunun futbol akademiyası yaradılacaq.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Barselona" klubunun prezidenti Xuan Laportanı qəbul edərkən bildirilib.

Görüşdə Azərbaycanda "Barselona" futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə iş adamı Adnan Əhmədzadə və AFFA-nın prezidenti Rövşən Nəcəf iştirak ediblər.