Azərbaycanlı hakim "Napoli" - "Ayntraxt" matçını idarə edəcək
31.10.2025 - 20:47
Azərbaycanlı hakim Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, FIFA referisi UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Napoli" - "Ayntraxt" matçını idarə edəcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə italiyalı Cüzeppe Kollu yerinə yetirəcək.
Qeyd edək ki, "Napoli" - "Ayntraxt" qarşılaşması noyabrın 4-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."
0
0