Azərbaycanlı FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Apasport.az saytının məlumatına görə, referi Konfrans Liqasının II təsnifat mərhələsinin matçını idarə edəcək.
Məsiyev iyulun 21-də keçiriləcək “Rapid” (Vyana, Avstriya) – “Lexiya” (Polşa) qarşılaşmasında ədaləti bərpa edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Hakimlərimizin işinə görüşün hakim-inspektoru olan ukraynalı Viktor Şvetsov qiymət verəcək. Qarşılaşmanın UEFA nümayəndəsi isə Aristidis Stavropulos (Yunanıstan) olacaq.
Qeyd edək ki, bu komandalar arasında Polşadakı cavab matçı iyuun 28-də keçiriləcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ