“Azərlotereya” ASC-nin “Media Club” layihəsi çərçivəsində 22 iyul - Milli Mətbuat Günü münasibətilə idman jurnalistləriarasında “FC 26” çempionatı və futbol viktorinası təşkil olunub.
Apasport.az xəbər verir ki, 40-a yaxın media nümayəndəsinin iştirak etdiyi proqramda öncəpüşkatma mərhələsi keçirilib, daha sonra jurnalistlər PlayStation platformasında “FC 26” futbol çempionatında yarışıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatdabirinci yerin qalibi Fanat.az saytının müxbiri Kamil Xudiyev, ikinci yerin sahibi Apasport.az saytının baş redaktoru Rasim Sultanzadə, üçüncü yerdə isə Sportnet.az saytının müxbiri Həşim Məmmədov olub.
Futbolun tarixi, dünya çempionatları, rekordlar və maraqlıfaktlara dair sualların yer aldığı viktorinada Rekord.az saytınınbaş redaktoru Kənan Məstəliyev və Fanat.az saytının müxbiriKamil Xudiyev qalib olublar. Qaliblərə müxtəlif pul mükafatlarıvə hədiyyələr təqdim edilib.
Tədbir şam yeməyi və futbol üzrə dünya çempionatınınyarımfinal qarşılaşmasının birgə izlənilməsi ilə davam edib.
“Azərlotereya”nın “Media Club” layihəsi çərçivəsindəmütəmadi olaraq müxtəlif formatlı idman, intellektual vəəyləncəli tədbirlər keçirilir. Əsas məqsəd media nümayəndələriarasında ünsiyyəti gücləndirmək, onların asudə vaxtının maraqlıvə səmərəli təşkilinə töhfə verməkdir.