“Baku Sportinq” 2-ci Liqanın qalibi oldu
14.05.2024 - 21:34
“Baku Sportinq” 2-ci Liqanın qalibi oldu

Futbol üzrə Azərbaycan II Liqasının çempionu bəlli olub.

Apasport.az xəbər verir ki, 25-ci tur çərçivəsində doğma meydanda “Dinamo” komandasına qalib gələn (4:2) “Baku Sportinq” xallarının sayını 61-ə çatdıraraq qızıl medalları özü üçün təmin edib.

Paytaxt təmsilçisi mövsümün başa çatmasına 1 tur qalmış 56 xala malik “Füzuli”ni qabaqlayıb.

“Baku Sportinq” 2024/2025 mövsümündən etibarən Azərbaycan I Liqasında çıxış edəcək.

“Şəki Siti” – “Qusar” 0:2
Qollar: Orxan Qurbanlı, 28; 34.

“Şahdağ Qusar” – “Göygöl” 2:0
Qollar: Famil Camalov, 44. Rahid Əmirquliyev, 87.

“Füzuli” – “Kürmük Qax” 7:2
Qollar: Elvin Nəsibov, 19; 39; 48; 58; 60; 67; 79 – Revazi Otaraşvili, 30; 54.

“Şəmkir” – “Cəbrayıl” 0:1
Qol: Ruslan Voronsov, 85.

“Lerik” – “Kür-Araz” 3:1
Qollar: Kamran Abdullazadə, 45; 52. Ruslan Tağızadə, 64 – Cavid İmamverdiyev, 44.

“Baku Sportinq” – “Dinamo” 4:2
Qollar: Röyal Nəcəfov, 10; 24; 89. Comərd Baxşəliyev, 48 – Valeh Seyidov, 33. Tərlan Veysəlli, 38.

“Ağdaş” – “Şəfa” 1:1
Qollar: Elvin İsmayılov, 12 – Nicat Abbasov, 26.

0