Balabəy Ağayev 1/8 finalda məğlub oldu
27.07.2024 - 14:21
Balabəy Ağayev 1/8 finalda məğlub oldu

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində koreyalı Kim Von Jimlə üz-üzə gəlib.

Əlavə vaxtda 3-cü xəbərdarlığı alaraq rəqibinə məğlub olan Ağayev turnirlə vidalaşmalı olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

0