"Neftçi"nin keçmiş baş məşqçisinin yeni ünvanı rəsmiləşdi
02.01.2025 - 17:56
"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutunun yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, rumıniyalı mütəxəssis karyerasını ölkəsində davam etdirəcək.
"Petrolul" klubu Mutu ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalandığını açıqlayıb.
Sabiq "Neftçi"li bu vəzifədə Mehmet Topalı əvəzləyib. Türkiyəli məşqçi bir neçə gün əvvəl istefaya göndərilib.
Qeyd edək ki, A.Mutu ötən mövsümün ilk yarısında "Neftçi"ni çalışdırıb. O, daha sonra Rumıniyada ÇFR-in baş məşqçisi təyin edilsə də, cəmi 70 gündən sonra istefa verib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0