Barış Düşmez: “Makkabi” “Zirə”dən təcrübəlidir və heyəti güclüdür”
21.07.2022 - 14:16
Barış Düşmez: “Makkabi” “Zirə”dən təcrübəlidir və heyəti güclüdür”

“Zirə” bu gün Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi İsrail klubu “Makkabi”ni (Təl-Əviv) qəbul edəcək.

Türkiyəli futbol eksperti Barış Düşmez “Dalğa Arena”da baş tutacaq matçla bağlı proqnozunu verib. O, “Makkabi”ni cütün favorit hesab edir:

Azərbaycan klubu avrokuboklarda axırıncı dəfə 2017-ci ildə mübarizə aparıb. Həmin vaxt Avropa Liqasının II təsnifat mərhələsində Rumıniya təmsilçisi “Astra”ya məğlub olmuşdu. “Zirə” ötən mövsüm Azərbaycan Premyer Liqasında 3-cü yeri tutaraq bürünc medal qazandı. Kubokun finalında isə “Qarabağ”la qarşılaşdılar, yalnız oyunsonrası penaltilər seriyası ilə məğlub oldular.

“Makkabi” isə rəqibi ilə müqayisədə daha təcrübəlidir və heyəti də “Zirə”dən güclüdür. Təl-Əviv təmsilçisi sürprizə imkan vermək istəməyəcək. İsrail klubunun ötən mövsüm Konfrans Liqasında pley-offa qədər irəliləməsi onun gücündən xəbər verir.

Düzdür, qarşılaşma Bakıda keçiriləcək. Ancaq mənim favoritim “Makkabi”dir. İsraillilərin səfər görüşündə ən azı 2 qol vuracağını düşünürəm.

Proqnozum: qonaq komanda 1,5 ÜST
 

0