“Barselona” yeni stadionda oynayacaq
27.09.2022 - 15:28
“Barselona” yeni stadionda oynayacaq

“Barselona”nın gələn mövsüm ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Nou Kamp” yenidənqurma üçün bağlanacağı üçün Kataloniya təmsilçisi rəqiblərini 1992-ci il Yay Olimpiya Oyunlarının əsas arenası olan Olimpiya stadionunda qəbul edəcək.

Bu, matçlara toplaşacaq tamaşaçı sayına da təsir edəcək. Rəhbərlik 83 min abonentdən yalnız 45 minini illik biletlə təmin edə biləcək. Digər 14 min yer üçün isə hər görüşdən əvvəl bu sayda bilet satışa çıxarılacaq.

Klub əlavə tribunaların quraşdırılmasını nəzərdən keçirsə də, şəhər rəhbərliyi buna razı olmayıb. “Barsa”ya yalnız tribunaları meydançaya bir qədər yaxınlaşdırmaq üçün qaçış zolaqlarından birini ləğv etmək icazəsi verilib.

Qeyd edək ki, “Nou Kamp” stadionunun 2025-ci ilin sonlarına qədər istifadəyə verilməsi gözlənilir.
 

0