“Barselona”da yeni müqavilə hazırlığı
11.11.2022 - 11:45
“Barselona”da yeni müqavilə hazırlığı

“Barselona” gənc müdafiəçisi Alexandro Baldeni uzun illər komandada saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi 19 yaşlı sol cinah oyunçusunun inkişafından məmnundur.

Bu mövsümdən Jordi Alba ilə layiqli rəqabət aparan Balde gələcəkdə komandanın sol cinahda aparıcı siması hesab olunur. Bu üzdən kataloniyalılar ona yeni müqavilə təklif edib. Tərəflərin uzunmüddətli sözləşmədə ortaq məxrəcə gəlməsi gözlənilir.

Qeyd edək ki, Alexandro Baldenin “Barselona” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.
 

0