“Barselona” “Lids”in hücumçusu Rafinya Diasın transferindən əl çəkmir.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu yarımmüdafiəçi üçün ingilislərə növbəti dəfə rəsmi təklif göndərib.
Tərəflər arasında iyunun 29-da transfer məsələsi şifahi müzakirə olunub, dünən isə ispanlar faksla təkliflərini göndərib. Ancaq “Lids” rəhbərliyi daha yüksək məbləğ boyun olan “Çelsi”yə üstünlük vermək fikrindədir. Buna baxmayaraq, 26 yaşlı hücumameyilli oyunçu özü və meneceri Deku “zadəganlar”la müqaviləyə yaxın durmur.
Qeyd edək ki, Rafinya ötən mövsüm “Lids”in heyətində 35 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ