Baxşıyevdən böyükhesablı qələbə şərhi
21.08.2022 - 19:56
Baxşıyevdən böyükhesablı qələbə şərhi

“Düşündüyümüzdən də ağır oyun alındı”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

42 yaşlı mütəxəssis Misli Premyer Liqasının III turunun “Kəpəz”lə səfər oyunu barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Hesab aldatmasın. “Kəpəz” müqavimət göstərdi. Qol imkanları da oldu. Komanda verilən tapşırıqları yerinə yetirdi. Bu, maksimumumuz deyil. Daha yaxşı olmağa çalışacağıq. Mövsüm uzundur. Avrokuboklar barədə hələ düşünmürük. Bu matçı təhlil edib qarşıdakı görüşü fikirləşəcəyik. Hər qarşılaşma çətindir. Futbolçular da məsuliyyəti dərk edir. İnanırıq ki, ötən mövsümdəkindən də yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutan “Kəpəz” – “Qəbələ” matçında nominal qonaqlar 3:0 hesablı qələbə qazanıb.

0