"Bayer"in aparıcı futbolçusu "Mançester Yunayted" yolunda
26.04.2024 - 12:12
"Bayer"in bu mövsüm aparıcı oyunçularından birinə çevrilən Ceremi Frimponq karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az "The Times"a istinadən xəbər verir ki, "Mançester Yunayted" yarımmüdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib. "Qırmızı şeytanlar" 23 yaşlı niderlandlı üçün qarşı tərəfə müracət edib.
Frimponq bu mövsüm 40 oyunda forma geyinib, 13 qol, 11 asistlə fərqlənib. Onun Leverkuzen klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək
0
0