Bədavi Hüseynov zədələndi
13.11.2022 - 18:33
Bədavi Hüseynov zədələndi

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov zədələnib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Misli Premyer Liqasının XIV turunda xəsarət alıb.

“Sabah”la görüşün ikinci yarısında zədə alan milliləşən legioner əvəzlənib. 73-cü dəqiqədə onun yerinə meydana Kevin Medina çıxıb.

Qeyd edək ki, hazırda davam edən matçda hesab açılmayıb.
 

0