
“Neftçi” Belarus millisinin hücumçusu Yeqor Boqomolskini transfer edib.
Apasport.az saytı xəbər verir ki, bu barədə belaruslu jurnalist Vladislav Tatur teleqram səhifəsi vasitəsilə məlumat yayıb.
O bildirib ki, 22 yaşlı forvardın karyerasını Azərbaycan klubunda davam etdirəcəyi artıq dəqiqləşib. Tatur qeyd edib ki, martda Boqomolski “Minsk”lə ilin sonuna qədər müqavilə imzalasa da, bu, bakılılar üçün problem yaratmayıb: “Azərbaycan klubu hücumçuya görə müqavilədə nəzərdə tutulan təzminatı ödəyəcək. Tezliklə tibbi müayinə və müqavilə imzalanacaq. Futbolçu artıq Azərbaycana uçub”.
Qeyd edək ki, Yeqor Boqomolski bu mövsüm Belarus çempionatında keçirdiyi 15 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə verib. O, bu ildən Belarus millisinə çağırılır.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL