"Bavariya"nın hücumçusu Harri Keyn "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem haqda danışıb.
Apasport.az xəbər verir ki, ingiltərəli forvard həmyerlisini tərifləyib:
“Aydındır ki, Cud fantastik mövsüm keçirir. O, həqiqətən də əla oyunçudur, ona görə də onun üçün xoşbəxtəm. Məhz bunun üçün biz xarici klublara getdik. Çempionlar Liqasının yarımfinal mərhələsi kimi vacib matçlarda oynamaq istəyirik. Əminəm ki, bir çox ingilis azarkeşləri ikimizi də izləyəcək. Sadəcə, diqqətimizi oyunumuza yönəltməliyik. Bellinqemlə qarşılaşmağa şad olacağam, amma meydana çıxan kimi komandamızın qələbə qazanması üçün əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, "Bavariya" ÇL-in yarımfinalında "Real"la qarşılaşacaq.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək