Təlim-məşq toplanışını Ərzurumda davam etdirən “Araz-Naxçıvan”ın yeni transferi Bernardo Oliveyra (Benni) komandanın hazırlıq prosesini dəyərləndirib.
Apasport.az xəbər verir ki, portuqaliyalı futbolçu klubun mətbuat xidmətinə danışıb.
O, debüt etdiyi "Alanyaspor"la yoxlama matçına toxunub:
“Alanyaspor”la oyun yoxlama xarakteri daşısa da, biz meydanda sanki günlərlə keçdiyimiz məşqlərin hesabatını verməyə çalışdıq. İlk oyunumuz idi, çatışmazlıqların olması normaldır. Amma müsbət məqamlar da var idi. Məncə, ilk addımımız pis alınmadı. Ancaq vacib olan baş məşqçinin fikirlərini və istəklərini düzgün icra etməkdir. Tədricən buna nail olacağımızı vurğulaya bilərəm”.
27 yaşlı yarımmüdafiəçi Naxçıvan klubuna keçidi haqda danışıb:
“Menecerim Azərbaycandan təklif gəldiyini bildirdi. Futbolçu həyatı elədir ki, hər zaman yeni çağırışlara hazır olmalısan. Bu baxımdan təklifi dəyərləndirmək qərarına gəldim. Artıq bir həftədir ki, “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Çox yaxşı, intizama riayət edən kollektivimiz var. Hər kəs bir-birinə mehriban davranır, kömək etməyə çalışır. Təbii ki, klubun da hədəfi var və buna nail olmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Yeni mövsümə hazırlığımız yüksək səviyyədə davam edir. Start uğurlu olmalıdır. Bunun üçün də biz futbolçular maksimum çalışmalıyıq”.
Futbolçu ölkəmiz və Azərbaycan Premyer Liqası barədə müəyyən bilgilərə sahib olduğunu, bu işdə ona keçmiş komanda yoldaşlarının kömək etdiyini bildirib:
“Əlbəttə, razılıq verdikdən sonra həm formasını geyinəcəyim klub, həm də liqa haqqında məlumat topladım. Bu işdə mənə ən çox vaxtı ilə bir komandada oynadığım, indi isə karyerasını ölkənizdə davam etdirən bir neçə futbolçu kömək etdi, dolğun məlumat verdilər. Burada olmaq və oynamaq karyerama müsbət təsir edəcək”.
Qeyd edək ki, Benni indiyə qədər Portuqaliyanın “Farmaçao”, “Oeyras”, “Belenenseş”, SAD, “Benfika B”, “Çaves”, “Uniao Torreense” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama