“Beşiktaş” rəsmisi Qurban Qurbanovla görüşdü
30.08.2022 - 15:47
“Beşiktaş” rəsmisi Qurban Qurbanovla görüşdü

Bakıda səfərdə olan türkiyəli mütəxəssis Önder Karaveli “Qarabağ”ı və klubun akademiyasını ziyarət edib.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klubun bazasına gələn mütəxəssis komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb və ona növbəti oyunlarda uğurlar arzulayıb. Qurbanov ziyarətə görə Önder Karaveliyə təşəkkür edib.

Qeyd edək ki, bir zamanlar “Qarabağ” akademiyasında koordinator işləmiş Önder Karaveli hazırda Türkiyənin “Beşiktaş” klubunda futbol inkişaf direktoru olaraq çalışır.

0